30 sentyabr 2012 00:03
Pley-off yolunda həlledici an!
Bazar günü Azərbaycanda keçirilən FIFA U-17 qadınlararası dünya çempionatı 2012-nin qrup mərhələsi bir sıra yüksək intriqalı oyunlarla tamamlanmaq üzrə olduqda nəbzlərin döyüntüsü eşidilə bilinəcək. Azerisport.az xəbər verir ki, Yalnız Uruqvayın digər mərhələ üçün şansları olmayan, lakin digər üç komandaları bir-birindən sadəcə bir xalın ayırdığı xüsusilə D qrupunda vəziyyət maraqlı və gərgindi. Bu qrupun son turunun oyunlarında Uruqvay Almaniya ilə, Çin XR isə Qana ilə qarşılaşacaq.
C qrupunda yaponlar altı xal qazanmaqlarına baxmayaraq, hələ də 1/4 finala vəsiqəni təmin etməmişlər və növbəti mərhələyə çıxmaq üçün onlara Meksika ilə oyunda ən azı heç-heçə lazımdır. Bu arada, əvvəlki iki oyunlarının hər ikisində məğlub olmalarına baxmayaraq, növbət mərhələ çıxmaq uğrunda cüzi şanslarından yararlanmaq üçün Braziliya Yeni Zelandiyanı məğlub etmək üçün təlaşlıdır.
Günün oyunu
Çin XR - Qana, 8KM stadionu, Bakı, 17:00.
Son oyunda turnirin debütantı Uruqvayı 5-0 hesabı ilə məğlub etməklə, qanalılar bu dəfə turnirin digər yeni komandasını məğlub etmək niyyətindədirlər. Bununla belə, Çin XR-ya əbəs yerə "Polad Rozalar" ləqəbi verilməmişdir. Belə ki, Asiya təmsilçiləri Azərbaycan 2012-də hələ ki, məğlub olmayıblar və turnirdə diqqəti özlərinə cəlb etməyi bacarıblar.
Altı oyunçusunun (Ellen Koulman, İvi Kolli, Regina Antvi, Raşida Abdul-Rəhman, Şerifatu Sumaila və Prisila Okyere) Trinidad və Tobaqo 2010-nun iştirakçıları olmalarından öyünən qanalılar oyunda üstün olmaq üçün əlbəttə ki, daha yüksək olan təcrübələrindən istifadə etməyə çalışacaqlar, lakin son vaxtlardakı statistikaya görə bu onlar üçün heç də asan olmayacaq. Belə ki, Asiya təmsilçisi afrikalı rəqiblərini iki qitənin bu turnir səviyyəsində qarşılaşdığı son üç oyunda məğlub etmişlər.
Digər məqamlar
Almanlar FIFA U-17 qadınlararası dünya çempionatının pley-off mərhələsində həmişə iştirak ediblər və onlar Azərbaycanda da bu ənənəni davam etdirəcəklərinə şübhə etmirlər. Avropa təmsilçilərinə son səkkizliyə vəsiqəni təmin etmək üçün sadəcə bir heç-heçə lazımdır. Onlar qrupda hələ də xalı olmayan və növbəti mərhələyə çıxmaq üçün artıq bütün şanslarını itirmiş Uruqvay ilə qarşılacaqlar.
Növbəti mərhələyə çıxmaq üçün ən real şansı olan digər komanda Yaponiyadır və onlar Meksika ilə görüşdə bu ənənəyə əməl edə biləcəklərinə ümid edirlər. Statistikaya görə FIFA qadınlararası turnirlərdə bu əzəli rəqiblərin görüşlərində həmişə ən azı dörd qolun vurulduğunu nəzərə alsaq, o halda tamaşaçılar Şəfa stadionunda keçiriləcək oyunda həmçinin hücum futboluna ümid edə bilərlər.
Braziliya komandasına gəldikdə isə, onların Yeni Zellandiya və bu turnirdə ölkəsi üçün qapıda xariqələr yaradan və əla formada olan qapıçıları Lili Alfeld ilə son oyun öncəsi növbəti mərhələyə çıxmaq üçün yaxşı şansları vardır.
Statistika
345 - Bu Yeni Zelandiyanın FIFA U-17 qadınlararası dünya çempionatında vurduğu son qoldan bəri ötmüş dəqiqələrin sayıdır, belə ki, onlar son qolu Trinidad və Tobaqo 2010-da İspaniyaya 3-1 hesabı ilə məğlub olduqları oyunda vurmuşlar. Onlar Braziliyaya qarşı oyunda bu uğursuzluğa son qoymaq üçün ən yaxşı oyunlarını nümayiş etdirməli olacaqlar, və bir dəfədən çox qol vurmaqla bəlkə də ötürülən dəqiqələrin əvəzini çıxmağa çalışacaqlar.
Sitat
"Mən Çin XR komandasının son oyununu izlədim. Biz onlarla eyni səviyyədəyik, lakin zənimcə onları məğlub edib 1/4 finala vəsiqəni təmin etmək və bizə lazım olan nəticəni əldə etmək üçün bizim daha yaxşı vasitələrimiz mövcuddur" - Qanalı Məşqçi Mas-Ud Dramani
