30 sentyabr 2012 00:06

Sürprizlər mövsümünə davam

Ötən gün futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasında 7-ci tura start verildi. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutdu ki, hər üç oyuna əyalətdəki stadionlar ev sahibliyi etdi.
 
Mövsümə uğursuz başlayan “Xəzər Lənkəran” “Turan”ın qonağı oldu. Yunis Hüseynovun komandası bundan əvvəlki iki oyununda məğlubiyyətlə üzləşmişdi. Ona görə də qara zolaqdan çıxmaq üçün mütləq Tovuzda qələbə qazanmaq lazım idi. Amma bu, yenə də alınmadı.
 
Qarşılaşma isə malili futbolçuların vurduğu qollarla yadda qaldı. Belə ki, 2:1 hesabı ilə başa çatan qarşılaşmada hər 3 qolu Malidən olan oyunçular rəqib qapısından keçirdilər. Hesabı 45-ci dəqiqədə “Xəzər Lənkəran”dan Sadio Tounkara açdı. 55-ci dəqiqədə onun həmyerlisi Salif Ballo şesabı bərabərləşdirdi. Üç dəqiqə sonra isə o, dublunu rəsmiləşdirərək, “Turan”a sürpriz qələbə qazandırdı.
 
Maraq üçün qeyd edək ki, Tounkara və Ballonu bu ilin yanvarında ölkəmizə “Xəzər Lənkəran”ın o vaxtkı baş məşqçisi Cüneyt Biçər gətirmişdi. Sadio Lənkəran klubunda möhkəmlənə bilsə də, Salif yayda Tovuz təmsilçisi ilə müqavilə bağlamışdı. “Turan”ın əvvəlki oyunlarında da “ağ-yaşıllar”ın onu buraxmaqla necə böyük səhvə yol verdiyini sübut edən Ballo keçmiş komandasına böyük zərbə vurmaqla bunu bir daha isbatladı.
 
Yeri gəlmişkən, bu oyun bir sıra qalmaqallarla da yadda qaldı. Artıq 20-ci dəqiqədə qonaqlar azlıqda qaldılar. Baş məşqçi Yunis Hüseynov başda olmaqla cənub təmsilçisinin bütün üzvləri Ruslan Abışovun aldığı birbaşa qırmızı vərəqənin haqsız olduğunu iddia etsə də, bu, vəziyyəti dəyişmədi. Bu azmış kimi, qonaqlar matçın sonlarında daha bir aparıcı oyunçusunu – Elnur Allahverdiyevi də oxşar qaydada itirdi. Hakimlər Ruslanın rəqibə qəsdən zərbə endirməsini əsas gətirirlərsə, Elnurun da referiyə tüpürdüyü iddia olunur. Amma fakt budu ki, onlar bir və ya bir neçə oyunluq diskvalifikasiya olunacaqlar ki, bu, onsuz da problemlər içində itib-batan komandanın durumunu daha da çətinləşdirəcək.
 
Bu nəticədən sonra “Turan” turnir cədvəlində daha da irəliləməyə nail oldu. “Xəzər Lənkəran” isə nə qədər qəribə olsa da, 12 klub arasında yalnız “Kəpəz”dən yaxşı göstəriciyə malikdi. Düzdü, cənubluların hələ ehtiyatda bir oyunu var. Amma istənilən halda 6 oyuna cəmi 1 qələbə qazanıb, 3 görüşdə uduzmaq iddialı komanda üçün anormal hal sayıla bilər.
 
Günün ikinci oyunu Qəbələdə keçirildi. Fatih Kavlakın istefasından sonra “Qəbələ”yə dönən Ramiz Məmmədov debüt oyununda AZAL-la qarşılaşdı. Hansı ki, cari mövsümə çox yaxşı başlayan “təyyarəçilər” Vaqif Sadıqovun rəhbərliyi altında məğlubiyyət tanımırdı. Paytaxt təmsilçisi bu dəfə də uduzmadı. Amma qələbə də görmədi. 90 dəqiqə ərzində qapılara qol vurulmadı və tərəflər meydandan sülhlə ayrıldılar. Beləcə, Ramiz Məmmədov qayıdışını bir xalla qeyd etdi.
 
Günün son oyunu isə Zaqaqatalada keçirildi. Bu oyunda lider “Simurq” ötən tur “Turan”ı güclə yenən “Qarabağ”ı qəbul etdi. Bu oyunda da 90 dəqiqə ərzində qapılara qol vurulmadı. Beləcə komandalar hərəyə bir xal qazandılar. Bununla da xal hesabını 15-ə yüksəldən “Simurq” ən yaxın izləyicisi ilə 3 xallıq fərqi qorudu. Georgi Çixradzenin komandası da hələlik məğlubiyyətsiz seriyasını davam etdirməkdədi.
 
Topaz Premyer Liqası
7-ci tur
 
TURAN – XƏZƏR LƏNKƏRAN - 2:1 (0:1)
Qollar: S.Tounkara, 45 (0:1), S.Ballo, 55 (1:1), S.Ballo, 58 (2:1).
Sarı vərəqələr:  Antonio Rukavina, 27 (qeyri-idman hərəkəti), Ruslan Zubkov, 54 (qeyri-idman hərəkəti) - Adrian Skarlatake, 4 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə), Sadio Tounkara, 17 (qeyri-idman hərəkəti), Beto, 25 (hakimə etiraz), Elnur Allahverdiyev, 77 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqələr: Ruslan Abışov, 23 (təpiklə rəqibin başına vurduğuna görə), Elnur Allahverdiyev, 78 (hakimin üzünə tüpürdüyünə görə).
Hakimlər: Həsənov Rəhim, Musayev Vaqif, Zeynalov Zeynal, Məhərrəmov Ramiz.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Akif Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
29 sentyabr 2012. Tovuz. Şəhər stadionu. 2400 tamaşaçı.
Turan: 28. Andrey Popoviç, 6. Mikayıl Rəhimov, 17. Fərmayıl Əliyev, 26. Aleksandr Krutskeviç, 13. Marius Kazlauskas, 24. Ruslan Zubkov, 21. Antonio Rukavina (k) (25. Nuqzar Kvirtiya, 46), 11. Qoqi Pipiya (7. Azər Məmmədov, 80), 23. İrakli Beraya (22. Salif Ballo, 46), 14. Ender Günlü, 5. Fərid Quliyev.
Ehtiyat oyunçular: 1. İvan Qarbovaç, 16. Elmixan Məmmədov, 19. Asəf Qədiri, 18. Seymur Tağıyev.
Baş məşqçi: Əsgər Abdullayev.
Xəzər Lənkəran: 85. Kamal Bayramov, 7. Sadio Tounkara, 5. Elnur Allahverdiyev, 8. Eder Bonfim, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Adrian Skarlatake, 17. Kazım Kazımlı (42. Kamran Abdullazadə, 86), 99. Beto (11. Dimitrios Sialmas, 46).
Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 6. Robert Alviz, 4. Akif Tağıyev, 3. Vanderson Skarduelli, 10. Elnur Abdullayev.
Baş məşqçi: Yunis Hüseynov.
 
SİMURQ - QARABAĞ - 0:0 (0:0)
Sarı vərəqələr: Aleksandr Şemonayev, 44 (qeyri-idman hərəkəti) - Muarem Muarem, 64 (qeyri-idman hərəkəti), Ansi Aqolli, 82 (qeyri-idman hərəkəti).
Hakimlər: Ağayev Əliyar, Musayev Elman, Məmmədov Rza, Məmmədov İnqilab.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Xəqani Məmmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
29 sentyabr 2012. Zaqatala. Şəhər stadionu. 3500 tamaşaçı.
Simurq: 22. David Pyetrkeviç, 2. İlkin Qırtımov, 4. Dilaver Zrnanoviç, 6. Anderson Olivyera, 8. Qərib İbrahimov (14. Asif Mirili, 90+2), 9. Marçin Burhard, 10. Zdravko Popoviç (79. Nenad Stoyanoviç, 63), 13. Aleksandr Şemonayev (k),  15. Stepan Polyak (7. Ruslan Poladov, 79), 21. Murad Səttarlı, 25. Mario Bojiç.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 17. Rüstəm Məmmədov, 20. Rəşad Eyubov, 24. Mehman Məmmədov.
Baş məşqçi: Georgi Çixradze.
Qarabağ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov (33. Mostafa Mohamed, 85), 10. Muarem Muarem, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov (70. Vaqif Cavadov, 68), 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 9. Tural İsgəndərov, 18. İlqar Qurbanov, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
 
QƏBƏLƏ – AZAL - 0:0 (0:0)
Sarı vərəqələr: Daniel Lopes Kruz, 22 (qeyri-idman hərəkəti), Elmar Baxşiyev, 49 (rəqibi bilərəkdən tutub saxlamaq) - Taqim Novruzov, 20 (qeyri-idman hərəkəti), Viktor İbekoyi, 32 (qeyri-idman hərəkəti), Ruslan Tağızadə, 47 (bilərəkdən əl ilə oyun), Xuan Fransisko, 82 (qeyri-idman hərəkəti).
Hakimlər: Yusifov Fariz, Hüseynov Namiq, Acalov Elşən, Məmmədov Orxan.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
29 sentyabr 2012. Qəbələ. Şəhər stadionu. 500 tamaşaçı.
Qəbələ: 30. Anar Nəzirov, 8. Bruno Da Silva, 9. Viktor Mendi, 10. Dodo (35. Tərzin Cahangirov, 90+4), 11. Yannik Kamanan, 15. Umar Kalabane, 19. Rövşən Əmiraslanov, 21. Elmar Baxşıyev (7. Yaşar Abuzərov, 84), 26. Daniel Lopes Kruz, 27. Rəşad Abdullayev (k) (22. Lourival Rodriqes, 68), 34. Ürfan Abbasov.
Ehtiyat oyunçular: 25. Dieqo Kosta Silva, 5. Muammer Erdoğdu, 7. Yaşar Abuzərov, 84. Deyan Kelhar, 88. Nodar Məmmədov.
Baş məşqçi: Ramiz Məmmədov.
AZAL: 12. Cahangir Həsənzadə (k), 2. Xuan Fransisko, 3. Usim Nduka, 4. Xose Junior Aylton, 6. Taqim Novruzov (15. Oskar Klyava, 83), 8. Elman Taqayev (77. Arif İsayev, 79), 11. Zohair Benuahi (37. Andrius Veliçka, 90+3), 16. Junior Nildo, 17. Viktor İbekoyi, 20. Branislav Arseniyeviç, 22. Ruslan Tağızadə.
Ehtiyat oyunçular: 27. Ruslan Məcidov, 5. Aqil Nəbiyev, 10. Tərlan Xəlilov, 7. Cavid Tağıyev.
Baş məşqçi: Vaqif Sadıqov.
 
 
1
7
4
3
0
10-2
15
 
2
6
3
3
0
13-5
12
 
3
7
3
3
1
11-8
12
 
4
6
2
3
1
5-4
9
 
5
7
2
2
3
7-9
8
 
6
6
2
1
3
8-15
7
 
7
7
2
1
4
7-11
7
 
8
4
2
0
2
7-5
6
 
9
4
1
3
0
5-3
6
 
10
6
1
3
2
6-8
6
 
11
6
1
2
3
7-7
5
 
12
6
1
0
5
4-13
3
 
 
Bombardirlər:
7 - Franko Nildo (AZAL)
4 - Zohair Benuahi (AZAL)
3 - Riçard Almeyda (Qarabağ), Marçin Burhard (Simurq), Salif Ballo (Turan).

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.