30 sentyabr 2012 21:50
Sumqayıt Bakını da yendi, Rəvan Kəpəzə məğlub oldu (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasında 7-ci turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə 2 görüş baş tutub.
Son turda “Neftçi”ni məğlub etməklə böyük sensasiyaya imza atan “Sumqayıt” bu dəfə eyni aqibəti “Bakı”ya yaşadıb. “Rəvan” isə “Kəpəz”i qəbul edib. Bu görüşdə isə qonaqlar qələbəyə sevinən tərəf olub.
Qeyd edək ki, bu turun “İnter” – “Neftçi” matçı təxirə salınıb.
Topaz Premyer Liqası
7-ci tur
30 sentyabr (bazar)
RƏVAN - KƏPƏZ - 1:2 (1:2)
Qollar: Y.Fomenko, 28 (0:1), X.M.Varela, 42 (1:1), B.Soltanov, 45 (1:2)
Hakimlər: Cabbarov Rauf, Həsənov Coşqun, Əsgərov Azər, Əhmədov Ramil.
Bakı. Bayıl Arena.
Oyun başladı
4. İlk korner vuruşunu qonaqlar yerinə yetirirlər: müdafiəçilər təhlükəni sovuşdurur
5. Komandalar ilk dəqiqələrdən hücuma atılıblar
10. "Rəvan"ın cüzi üstünlüyü olsa da, "Kəpəz" də fəallığı ilə seçilir
15. Matç daha çox meydanın mərkəzində oynanılır və təhlükəli vəziyyətlər yox dərəcəsindədi
20. İlk qol vəziyyətini qonaqlar yaratdı: B.Soltanovun uzaq küncə ünvanladığı topu qapıçı dəf edir
25. Rauf Cabbarov hər qayda pozuntusuna fit çalmır və komandalara oynamağa imkan verir
27. Bakılıların qapısı qarşısında daha bir təhlükəli vəziyyət yaransa da, Hodziç topu demək olar ki, boş qapıdan çıxarır
28. Fomenko qonaqların üstünlüyünü nəhayət ki, qola çevirir. Ukraynalı futbolçu cərimə meydançasına daxil olduqdan sonra qarşısındakı müdafiəçilərdən sıyrılıb uzaq doqquzluğu dəqiq nişan aldı - 0:1
30. N.Qurbanovun uzaqdan zərbəsi qapıdan aralı keçir
35. Bakılılar hesabı bərabərləşdirmək üçün irəli atılsalar da, qonaqlar diqqətlə müdafiə olunurlar
39. Torresin hiyləgər zərbəsində azacıq dəqiqlik çatışmadı
40. Matçda ilk sarı vərəqəni A.Feutçin alır
41. N.Qurbanovun təhlükəli cərimə zərbəsini qapıçı qaytarır
42. Bosmanın uzaq məsafədən möhtəşəm zərbəsi tirdən qayıtsa da, Varela təkrar zərbə ilə topu tora qovuşdurur - 1:1
43. Ş.Kərimov sarı vərəqə alır
45. B.Soltanov əla kombinasiyanı effektli və dəqiq zərbə ilə tamamlayır - 1:2
Birinci hissə başa çatdı
İkinci hissə başladı
47. Meydan sahibləri korneri boşa verirlər
48. Soltanovun uzaqdan zərbəsi dəqiq olmur
51. T.Cəlilovun əvəzində meydana A.Quluzadə çıxır
55. "Rəvan" ikinci hissəyə fəal başlayıb
56. E.Həsənəliyevin zərbəsi qapıdan azca yan keçir
57. A.Quluzadə qapıçı ilə üz-üzə qalsa da, X.Zeynalov qola imkan vermir
62. E.Həsənəliyev yerini C.Əhmədova verir
63. Oyuna yenicə qoşulan Amit zədələndiyi üçün əvəzlənir. Onun əvəzində meydana T.Mikayılov çıxır
70. "Rəvan"ın cəhdlərinin qarşısı qonaqlar tərəfindən inamla alınır
72. Bakılılar daha bir korneri boşa verirlər
75. O.Lalayev də sarı vərəqə alanların sırasına qoşulur
79. "Rəvan"da son dəyişiklik: Bosman yerini N.Vidakoviçə verir
82. S.Barlay sarı vərəqə ilə cəzalanır
86. "Rəvan" inanılmaz qol epizodundan yararlana bilmir
88. E.Əliyevin əvəzində meydana P.Paşayev çıxır
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+3. Bəxtiyar özünün ikinci, komandasının üçüncü qolunu vurmağa çox yaxın olsa da, əla imkandan yararlana bilmir
90+4. Qonaqlar daha bir korneri boşa verirlər
90+4. B.Asani sarı vərəqə alır
Matç başa çatdı
RƏVAN: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 11. Şeriff Suma, 14. Xuan Manuel Varela, 15. Tural Cəlilov, 16. Orxan Lalayev, 18. Samuel Barlay, 20. Kristian Torres, 26. Fransis Bosman, 27. Nuran Qurbanov.
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 5. Nikolay Orlovski, 7. Elvin Musazadə, 10. Nemanya Vidakoviç, 13. Şəhriyar Rəhimov, 22. Tofiq Mikayılov, 28. Amit Quluzadə.
KƏPƏZ: 16. Xəyal Zeynalov, 4. Azər Məmmədov (k), 6. Məhərrəm Hüseynov, 9. Bəxtiyar Soltanov, 10. Armand Feutçin, 8. Elvin Həsənəliyev, 15. Şahin Kərimov, 18. Nikolay Svejentsev, 20. Emin Əliyev, 30. Yuri Fomenko, 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 1. Arsen Ondoro, 2. Nicat Məmmədov, 7. Pərvin Paşayev, 11. Ziyabil Məmmədov, 14. Elxan Əzizov, 17. Ceyhun Əhmədov, 19. Atin Abdullayev.
SUMQAYIT – BAKI - 1:0 (1:0)
Qol: P.F.Azad, 38 (1:0)
Hakimlər: Əsgərov Elvin, Ramazanov Rahil, Əliyev İlham, Məmmədov Elçin.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
Oyundan öncə "Sumqayıt"ın əvəzedici heyətinin məşqçisi Mübariz Orucovun ötən gün vəfat edən oğlunun ölümü ilə əlaqədar olaraq bir dəqiqəlik sükut elan olunur
Oyun başladı
10. İlk dəqiqələrdən "Bakı"nın daha fəal olduğunu demək olar
13. Qonaqlar korner vuruşundan yararlana bilmirlər
20. Bakılılar tam olaraq oyuna nəzarət edirlər. "Sumqayıt" isə yalnız əks-hücum imkanını gözləyir
26. Meydan sahiblərinin də ilk korner vuruşu qol gətirmir
28. "Sumqayıt" daha bir korneri boşa verir
35. Artıq sumqayıtlılar da tədricən hücumda fəallığı artırıblar. Amma qarşılıqlı hücumlar hələ ki, bəhrəsizdi
38. P.F.Azad Alxasovun cərimə meydançasına ötürməsini dəqiq baş zərbəsi ilə tora qovuşdurur - 1:0
39. Çesnauski oyunda ilk sarı vərəqənin müəllifinə çevrilir
42. "Bakı" hesabı açmağa çox yaxın olsa da, Mantsiosun ideal ötürməsini Elvinlə Çesnauski tora qovuşdura bilmir
45. İlk yarının əsas vaxtına 1 dəqiqə əlavə olunur
45+1. Pamukun təhlükəli zərbəsini Nuredinoski kornerə çıxarır. Korner isə nəticəsiz başa çatır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. Sumqayıtlılar ikinci hissəyə də fəal başlayıblar
57. Şoliçin cərimə zərbəsini son anda qapıçı kornerə çıxarır
58. Qonaqların korner vuruşundan heç nə çıxmır
59. Popxadzenin əvəzində meydana M.L.Horvat çıxır
65. Şoliçin əvəzində meydana Verpakovski çıxır
66. O.Əliyevin əvəzində meydana R.Qurbanov çıxır
71. S.Alxasov sarı vərəqə ilə cəzalanır
76. "Bakı"da son əvəzləmə: Çesnauski yerini U.Parksa verir
78. Qonaqlar künc zərbəsindən qol vurmaq istəsə də, yenə alınmır
82. U.Pamuku R.Həşimzadə əvəzləyir
84. M.Ağayev sarı vərəqə alır
89. "Bakı" hesabı bərabərləşdirməyə yaxın olsa da, Mantsiosun zərbəsi dəqiq alınmır
90. "Sumqayıt"da P.F.Azad meydanı tərk edir. Onu E.Cəfərquliyev əvəzləyir
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
Matç başa çatdı
SUMQAYIT: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Aftandil Hacıyev, 5. Murad Doymuş, 6. Taner Taktak, 7. Pərdis Fərcad Azad, 9. Orxan Əliyev, 10. Ceyhun Sultanov (k), 13. Murad Ağayev, 22. Xəyal Mustafayev, 76. Uğur Pamuk.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 11. Sabir Allahquliyev, 17. Emin Cəfərquliyev, 21. Məhəmməd Mirzəliyev, 27. Ramil Həşimzadə, 91. Ruslan Qurbanov, 92. Bəxtiyar Həsənalızadə.
BAKI: 82. Edin Nuredinoski, 6. İbrahim Karqbo, 7. Deyvidas Çesnauski, 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov (k), 21. Novruz Məmmədov, 22. Vvngelis Mantsios, 24. Nenad Kovaçeviç, 25. Şəhriyar Əliyev, 27. George Popxadze, 77. Aleksandar Soliç.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 8. Junior Vilson, 10. Lukas Mario Horvat, 19. Nurlan Novruzov, 23. Maris Verpakovski, 29. Əziz Quliyev, 36. Uinston Parks.
Turun digər oyunlarının nəticələri: “Turan” – “Xəzər Lənkəran” – 2:1, “Simurq” – “Qarabağ” – 0:0, “Qəbələ” – AZAL – 0:0.
1
7
4
3
0
10-2
15
Bombardirlər:
7 - Junior Nildo (AZAL)
4 - Zohair Benuahi (AZAL)
3 - Riçard Almeyda (Qarabağ), Marçin Burhard (Simurq), Salif Ballo (Turan).
