29 sentyabr 2012 11:29
Almaniyalı futbolçu avtomobil qəzasından ölümcül qurtuldu
Almaniyanın “Hoffenheim” klubunun orta sahə oyunçusu Boris Vukçeviç avtomobil qəzasına düşüb. Azerisport.az xəbər verir ki, 22 yaşlı futbolçu ciddi xəsarətlər alıb.
Belə ki, o, xəstəxanada hətta əməliyyata da ehtiyac duyub. Lakin həyati təhlükəsinin hələ də qaldığı bildirilir.
Qeyd edək ki, xorvat əsilli alman futbolçu bu mövsüm çıxdığı 6 matçda forma geyib, 1 qol vurmuşdu.
