29 sentyabr 2012 11:47
Pele dünyanın ən yaxşı komandasının adını açıqladı
Dünya və Braziliya futbolunun canlı əfsanəsi Pele hazırda planetin ən güclü komandasının adını açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“İndi dünyanın ən yaxşı milli komandasına sahib olan ölkə İspaniyadı. Onlar son illərdəki uğurlarının hamısını komanda oyunu sayəsində qazanıblar. Etiraf edim ki, ispanların çıxışını çox diqqətlə izləyirəm. Dörd-beş ildir ki, sabit oyun sərgiləməkdədilər. Bu müddət ərzində çox yaxşı oynadılar. Sadəcə, fərdi baxımdan o qədər də ideal sayılmaya bilərlər. İndidən deyə bilərəm ki, Braziliyada keçiriləcək mundialda da ən iddialı komandalardan biri olacaqlar. Əgər zədə problemi ilə üzləşməsələr, yenə dünyanın ən yaxşısı olmağa əsas namizəddirlər”.

Pele həmyerlilərinin də durumuna toxunub və şanslarını dəyərləndirib: “Mükəmməl oyunçularınız var. Amma yaxşı bir komandamızın olmaması ilə barışmalıyıq. Məncə, Braziliyanın ehtiyac duyduğu əsas amil komanda olmaqdı. Bəzən çox yaxşı, bəzən çox pis oynayırıq. Ona görə də şanslar barədə danışmaq bir qədər çətindi”.