29 sentyabr 2012 00:02
Ramiz Məmmədov Qəbələdə yeni qaydalar müəyyənləşdirdi
“Qəbələ”nin köhnə-yeni baş məşqçisi Ramiz Məmmədov komandaya qayıdan kimi yeni qaydalar müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, bundan sonra futbolçular komandanın avtobusunda telefonla danışa və ya noutbukdan istifadə edə bilməyəcəklər.
Artıq bu barədə komandanın bütün üzvlərinə məlumat verilib. Qaydalara əməl etməyən futbolçular müvafiq qaydada cəzalandırılacaq.
