29 sentyabr 2012 00:23

Altılığın 1/4 finala vəsiqə qazanmaq arzusu

FIFA U-17 qadınlararası dünya çempionatı 2012-nin A və B qruplarının son oyunlarında hətta start fiti verilməzdən əvvəl həm ev sahbiləri Azərbaycan, həm də Qambiya turniri tərk edəcəklərini artıq bilirlər. Azerisport.az xəbər verir ki, bununla belə hansı komandaların 1/4 finala vəsiqə qazandıqları hələ də tam aydın deyil.
 
Komandaların altısı hələ bu vəsiqə uğrunda mübarizə aparır və son turun oyunlarının final fiti səsləndikdə onlardan yalnız dördü vəsiqəni özünə təmin etmiş olacaq. Son tur oyunları ölüm-dirim mübarizələri vəd edir.
 
Günün oyunu
ABŞ - Koreya XDR
Bakı, 29 sentyabr 2012-ci il, 17:00.
Şənbə günü pley-off mərhələsinə çıxmaq üçün ABŞ və Koreya XDR arasında baş tutacaq ölüm-dirim oyunu iki əzəli rəqiblərin görüşü olacaq. ABŞ Yeni Zellandiya 2008-in final oyununda asiyalılara 1:2 hesablı məğlubiyyətin əvəzini çıxmaq niyyətindədi.  O oyunda Honq Myonq-Huinin öz qapısına vurduğu qoldan sonra ABŞ ikinci dəqiqədə hesabda irəli çıxmışdı. Lakin ikinci yarıda Kim Un-Hyanq vurduğu qolla hesabı bərabərləşdirmişdi. Bunun ardından, Yanq Hyon-Sun 113-cü dəqiqədə qələbə qolunu vurmuşdu və Koreya XDR FIFA U-17 Qadınlararası Dünya Çempionatının ilk qalibi olmuşdu.
 
Digər maraqlı məqamlar
B qrupunda keçiriləcək digər oyunda fransalılar Qambiya üzərində qələbənin onlara 1/4 finala vəsiqəni təmin edəcəyindən yaxşı xəbərdardı. Fransalılar hələ ki, meydanı iki dəfə heç-heçə ilə tərk edib. Onlardan biri qolsuz olub, digərində isə yalnız bir qola imza atılıb. Bunun tam əksinə olaraq, Qambiya ümumilikdə qapısından 17 qol buraxmaqla keçirdiyi hər iki oyunda məğlub olub və bununla da turnirin debütantları artıq turniri tərk etmək üzrədirlər.
 
A qrupundakı vəziyyət də digər qrup kimi maraqlı və gərgindi. Nigeriya və Kanadanın hər birinin 4 xalı var, Kolumbiya isə 3 xalla onları izləyir. Azərbaycanın isə hələ də xalı yoxdu və qrupda son yerdə qərarlaşaraq növbəti mərhələyə çıxmaq şansını itirib. Kanadanın ən azı kağız üzərində, növbəti mərhələyə çıxmaq üçün ən real şansları var. Çünki onlar son oyunu ev sahiblərinə qarşı keçirəcəklər. Nigeriya və Kolumbiya isə qrupun digər oyununda növbəti mərhələ uğrunda ölüm-dirim oyununa çıxacaqlar.
 
Əsas oyunçu
Çinvendu İhezuo Azərbaycanla oyunda qarşısıalınmaz idi və ev sahibinin qapısından 5 top keçirdi. Nigeriya bu oyunda Afrika komandalarının FIFA turnirlərində indiyədək qazanmış olduğu ən böyük hesablı qələbəsinə imza atdı. Turnirdə vurduğu 6 qolla Nigeriyanın 19 nömrəsi hələ ki, adidasın Qızıl Butsunu qazanmaq üçün bombardirlər siyahısına başçılıq edir.
 
Statistika
Nigeriya və Koreya XDR bu turnirdə qol vurmaq üçün yaxşı formada olublar. Belə ki, onların hər biri rəqib qapısından 12 qol keçirib. Sonuncular 11 qolu B qrupundakı ilk oyunlarında Qambiyaya vurub və daha bir qolu isə Fransanın qapısından keçirib. Nigeriya isə A qrupundakı ikinci oyununda ev sahibləri Azərbaycanın qapısından 11 qol keçirib.
 
Sitat
"Ev sahiblərinə qarşı oynamaq heç vaxt asan deyil, çünki siz meydanda onları dəstəkləyən xeyli azarkeşin olacağını bilirsiz. Bununla belə, zənimcə biz özümüzə və bacarığımıza inanmalıyıq. Biz topa nəzarət etməliyik və qol vurmalıyıq" - Kanadanın hücumçusu Sammer Klark
 
Qambiya-Fransa (Bakı Dalğa Arena, 17:00)
ABŞ-Koreya XDR (Bakı, Bayıl Stadionu, 17:00)
Kanada-Azərbaycan (Bakı, Dalğa Arena, 20:00)
Kolumbiya-Nigeriya (Bakı, Bayıl Stadionu, 20:00)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.