29 sentyabr 2012 00:34
Qəbələ Beşiktaşla birgə məşq etdi (FOTOLAR)
İstanbulda təlim-məşq prosesini davam etdirən "Qəbələ"nin 16 yaşa qədər futbolçulardan ibarət komandası "Galatasaray" oyunu öncəsi "Beşiktaş"la birgə məşqə çıxıb. Azerisport.az xəbər verir ki, hər iki komandanın məşqçi heyətinin iştirak etdiyi hazırlıq prosesi Nevzat Demir Təsislərində baş tutub. Yüksək əhval-ruhiyyədə keçən məşq gənc futbolçular üçün yaddaqalan olub.
