29 sentyabr 2012 12:54
2156 gün sonra - Eyni məkan, eyni rəqib, eyni baş məşqçi
Bu gün keçiriləcək Topaz Premyer Liqasının VII turunda “Qəbələ” AZAL-ı qəbul edəcək. Azerisport.az xəbər verir ki, bu oyun yeni baş məşqçi təyin olunan Ramiz Məmmədovun bu postda ilk oyunu olacaq.
“Qəbələ” və AZAL tarixlərində 17-ci dəfə görüşəcək. Komandaların duelləri tarixi 2006-cı il noyabrın 4-də başlayıb. Həmin vaxt fərqli adlarla meydana çıxan komandalar indiki kimi Qəbələdə üz-üzə gəlib. “Gilan”la “Olimpik”ə qarşı həminki görüş elə indi olduğu kimi Ramiz Məmmədovun baş məşqçi postunda ilk oyunu idi.
2156 gündən sonra yenidən “Qəbələ”ni meydana çıxaracaq mütəxəssis yenə eyni rəqiblə görüşdə debüt edəcək. Bu dəfə qayıdışdan sonrakı debüt rəsmiləşəcək.
- “Qəbələ” – AZAL oyunlarının balansı
Çempionatda:
Cəmi: +2=4-6, top fərqi – 9:18
Evdə: +1=3-2, top fərqi – 4:7
Səfərdə: +1=1-4, top fərqi – 5:11
Kubokda:
Cəmi: +2=1-1, top fərqi – 3:3
Evdə: +1=1-0, top fərqi – 2:1
Səfərdə: +1=0-1, top fərqi – 1:2
Bütün turnirlər
Cəmi: +4=5-7, top fərqi – 12:21
Evdə: +2=4-2, top fərqi – 6:8
Səfərdə: +2=1-5, top fərqi – 6:13
- “Qəbələ” – AZAL oyunlarından məqamlar
* “Qəbələ”nin 88 futbolçusu AZAL-la qarşılaşmalarda forma geyib.
* Abdulkader Kamara hamıdan çox – 5 mövsümdə AZAL-a qarşı oynayıb.
* Kamara 10, Pavel Doroşev, Vurğun Hüseynov hərəyə 9, Lyubo Baranin, Qoqa Beraya və Samir Zərgərov hərəyə 8 dfə bu oyunlarda “Qəbələ” forması geyib.
* Doroşev hamıdan çox – 810, Hüseynov 773, Baranin 720 dəqiqə AZAL-a qarşı oynayıb.
* “Qəbələ”nin AZAL-a vurduğu 12 qola komandanın 7 futbolçusu imza atıb.
* Kənan Kərimov hamıdan çox – 3, Kristan Torreslə Fərzad Hatəmi hərəsi 2 dəfə fərqlənib. Milan Antiç, Deon Barton, Vitali Balamestnı və Arif İsayevin hesabında 1 belə qol var.
* 16 oyunda qeydə alınan yeganə avtoqol AZAL-ın futbolçusu Alves Dos Santosun hesabındadır. O, 2009-cu il oktyabrın 17-də Qəbələdə öz qapısına qol vurub.
* AZAL-la oyunlarda qapıda duran 5 qolkiperdən Doroşev 8, Elnar Kərimov 6, Rəşad Mustafayevlə Zurab Mamaladze hərəyə 3, Cahangir Həsənzadə 1 qol buraxıb.
* 16 oyunda hakimlər “Qəbələ”nin 25 futbolçusuna ümumilikdə 43 vərəqə göstərib. Kamara 6, Antiç, Vurğun Hüseynov, Baranin, Beraya hərəyə 3, Turnike Aptsiauri, Zərgərov, Razvan Tarlea, Yaşar Abuzərov, Anatoli Tebloyev hərəyə 2, Kənan Kərimov, Hatəmi, Balamestnı, Anatoli Ostap, Əli İsmayılov, Tomaş Stolpa, Mikayıl Namazov, İrakli Vaşakidze, Vüqar Həsənov, Daniel Lopes Kruz, Mahir Şükürov, Viktor Mendi, Azər Cabbarov, Bokunqu Ncioli Fiston, Bruno dos Anjos 1 dəfə vərəqə alıb.
* Bu vərəqələrdən 3-ü qırmızı olub. Kamara 1, Antiç və Şükürov komandamızı azlıqda qoyub.
* “Qəbələ” AZAL-la oyunlarda 2 penalti vurub. Hər 2 zərbəni Kənan Kərimov dəqiq yerinə yetirib. Rəqib isə yeganə belə şansında Elnar Kərimovu məyus edib. (Qəbələ FK)
