29 sentyabr 2012 00:45
“Qadın futboluna bu qədər diqqətin göstərilməsi müsbət haldı”
“Qadın futboluna bu qədər diqqətin göstərilməsi müsbət haldı”. Azerisport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında 17 yaşlı qızlardan ibarət futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Sissi Rayt bildirb.
"Biz gözəl bir dünya çempionatı izləyirik. Sevindirici haldır ki, insanlar DÇ-ni böyük idman bayramı kimi qəbul edirlər. 7-8 güclü komanda var və onların hər biri çempion ola bilər".
Baş məşqçi qadın futboluna bu qədər diqqətin göstərilməsini müsbət hal kimi dəyərləndirib.
