30 sentyabr 2012 18:55
Azərbaycanda keçirilən mundialın qrup mərhələsinə yekun vuruldu (YENİLƏNİB)
Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, oktyabrın 13-dək davam edəcək çempionatda bu gün qrup mərhələsinə yekun vurulub.
C qrupu çərçivəsində Yaponiya Meksika ilə üz-üzə gəlib. Yaponlar rəqibini əsl top atəşinə tutub və qrup lideri kimi mərhələ adlayıb. Braziliya isə Yeni Zelandiya ilə münasibətlərinə aydınlıq gətirib. Braziliyalılar da çətin qələbə sayəsində ikinci yerlə pley-offa yüksəliblər. Yeni Zelandiya ilə Meksika isə DÇ ilə vidalaşmalı olub.
D qrupunda Almaniya Uruqvayla qarşılaşıb. Gözlənildiyi kimi, bu görüşdə almanlar sürprizə imkan verməyiblər və qrup lideri kimi pley-offa vəsiqə qazanıblar. Çin də Qana ilə üz-üzə gəlib. Qanalılar bu oyunda sürpriz qələbə sayəsində digər vəsiqənin sahibinə çevriliblər. Çin və Uruqvay isə mundiala əlvida deməli olub.
DÇ-2012
30 sentyabr
C qrupu
YAPONİYA - MEKSİKA - 9:0 (5:0)
Qollar: Şimuzi, 8, Narumiya, 18-pen, Şiraki, 22; 29, İnoue, 28; 56, Suqita, 69, Momiki, 79, Nakamura, 86.
Bakı. "Şəfa" stadionu.
Hakimlər: Moraq Pirie (Şotlandiya).
YENİ ZELANDİYA - BRAZİLİYA - 3:4 (2:3)
Qollar: Yensen, 4, Klara, 45-öz qapısına, Puketapu, 76 - Byanka, 10, Brena, 26, Andressa, 35-pen, Kamila, 55.
Bakı. 8-ci km stadionu.
Hakim: Hyanq Ok Ri (Koreya XDR).
|
Komanda
|
O
|
Q
|
H
|
M
|
T-F
|
X
|
|
Yaponiya
|
3
|
3
|
0
|
0
|
17-0
|
9
|
|
Braziliya
|
3
|
2
|
0
|
1
|
5-8
|
6
|
|
Meksika
|
3
|
1
|
0
|
2
|
1-10
|
3
|
|
Yeni Zelandiya
|
3
|
0
|
0
|
3
|
3-8
|
0
|
D qrupu
ALMANİYA - URUQVAY - 5:2 (1:1)
Qollar: Dabrtiz, 14; 64, Knaak, 48, Kisslinq, 65, Bek, 82 - Badell, 42; 87.
Lənkəran şəhər Mərkəzi stadionu.
Hakim: Gillian Martindale (Barbados).
ÇİN - QANA - 0:2 (0:1)
Qollar: Ayieyam, 18; 88.
Bakı. 8-ci km stadionu.
Hakim: Jana Adamkova (Çexiya).
|
Komanda
|
O
|
Q
|
H
|
M
|
T-F
|
X
|
|
Almaniya
|
3
|
2
|
1
|
0
|
8-4
|
7
|
|
Qana
|
3
|
2
|
0
|
1
|
8-2
|
6
|
|
Çin
|
3
|
1
|
1
|
1
|
5-3
|
4
|
|
Uruqvay
|
3
|
0
|
0
|
3
|
2-14
|
0
|
