30 sentyabr 2012 13:14
Andrea Stramaççoni: Rodriqo Palasionun Bakıda meydana çıxması sual altındadı
İtaliyanın “İnter” klubunun baş məşqçisi Andrea Stramaççoni komandasının iki aparıcı futbolçusunun – Uesli Sneyder ilə Rodriqo Palasionun durumundan danışıb. Azerisport.az xəbər verir ki, o, bu gün A Seriyası çərçivəsində “Fiorentina”ya qarşı keçirəcəkləri oyun öncəsi bunları dilə gətirib:
“Rodriqo ilə bağlı hər şey daha daha aydındı, nəinki Uesli. Palasio artıq komanda ilə məşqlərə başlayıb. Amma biz hələ onun Bakıda oynayacağını bilmirik. Sneyderə gəlincə, onu hələ bərpa prosesi gözləyir. Əgər onlar Milan derbisinə qədər hazır olsalar, çox sevinəcəyik”.

Qeyd edək ki, “İnter” oktyabrın 4-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda “Neftçi”nin qonağı olacaq. Oktyabrın 7-də isə “neradzurra”nı “Milan”la derbi gözləyir.