30 sentyabr 2012 15:05
FIFA-nın vitse-prezidenti Bakıya gəldi
FIFA-nın vitse-prezidenti, FIFA İcraiyyə Komitəsinin üzvü David Çunqun Azərbaycana səfəri başlayıb. Azerisport.az xəbər verir ki, onun səfərində məqsəd ölkəmizdə keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatının gedişatı ilə maraqlanmaqdı.
Qeyd edək ki, David Çung eyni zamanda Okeaniya Futbol Konfederasiyasının prezidentidi.
