30 sentyabr 2012 15:58

“Məğlubiyyət çox ağırdı”

Bakıda Bayıl stadionunda hakim oyunun final fitini səsləndirdikdən sonra meydanı ümidsizlik içində tərk edən ABŞ futbolçuları göz yaşlarını saxlaya bilmədilər. Aydın oldu ki, onların Koreya XDR ilə heç-heçə etməsi dörddə bir finala çıxmaları üçün kifayət deyilmiş, çünki Fransa Qambiya üzərində 10-2 hesablı qələbə qazanmaqla qol sayına görə ABŞ-ı qabaqladı.
 
Komandası ilə birgə bu pilləyə qədər gəlib çıxdıqdan sonra çempionatı belə erkən tərk etmək yarımmüdafiəçi Morqan Endryus üçün olduqca ağır gəldi. “Sözün düzü, vətənə belə tez qayıtmaq və yarışmanı davam etdirə bilməmək fikri mənə olduqca ağır gəlir. Bu çempionata qatılmaq və qalib gəlmək illərdir ki, bizim əsas məqsədimiz olub” oyun sonrası  FIFA.com saytına müsahibəsində futbolçu belə söyləyib.
 
"Bu çempionata bütün gücümüzü sərf etdik, lakin bu yaranın da sağalacığını bilirik. Əvvəl-axır, bu acı çəkiləcək. Bəlkə də, bir az zamana ehtiyacımız var, lakin biz bunun öhdəsindən gəlib səhvlərimizdən nəticə çıxaracayıq. Daima irəli gedəcək və bacarıqlarımızı təkmilləşdirəcəyik”.
 
17 yaşlı bir qızın bu cür yetkin fikirləri, şübhəsiz ki, onun karyerasının gələcək inkişafı üçün lazım olan bir keyfiyyətdir. “Mən öz komandamı sevdiyimi söyləmişəm, çünki bizim qədər mehriban digər bir komanda görməmişəm”, deyə üç qrup oyunundan ikisi zamanı ABŞ yığmasının kapitanı olmuş Endryus söylədi. 
 
"Mən özümə 20 yeni bacı qazandığımı və bizim bir-birimizi heç vaxt unutmayacağımızı demişəm. Biz həmişə bir ailə kimi bir-birimizin yanında olacayıq".
 
Bir nəfər hamı üçün və hamı bir nəfər üçün
Bu sözlər Amerika yığmasının düşərgəsində yaşanan əsl komanda ruhunu əks etdirir. Endryus və onun komanda yoldaşları növbəti mərhələyə vəsiqə qazana bilməsələr də, məhz bu keyfiyyətlərinə görə daima yaddaşlarda qalacaqlar.
 
"Biz heç vaxt təslim olmadıq” deyə ABŞ yığmasının 10 nömrəli oyunçusu bildirdi. “Final fiti səslənənə qədər özümüzə inanırdıq və təslim olmaq barədə düşünmürdük, çünki təslim olmaq bizim komandaya xas xüsusiyyət deyil. Biz heç vaxt bir-birimizi çətin vəziyyətdə qoymuruq və fikrimcə, əsas heyətdə yer almasından və ya ehtiyat oyunçular skamyasında əyləşməsindən asılı olmayaraq, bütün oyunçular öz bacarıqlarını ortaya qoydular. Onlar güclərini komandanın şərəfi üçün sərf etdilər və  hər kəs öz vəzifəsinin öhdəsindən gəldi”.
 
Amerikalıların bu yaxınlarda Yaponiyada keçirilən 20 Yaşlı Qadınlar Arasında Futbol üzrə Dünya Çempionatının Kubokuna sahib çıxmalarına və onların tam beynəlxalq heyətli komandasının Qadınların Futbol üzrə Olimpiya Yarışlarında qızıl medal qazanmasına baxmayaraq, Endryus özünün və “bacıları”nın bundan daha artığına nail olmaları üçün hər hansı təzyiqlərlə qarşılaşmadığını bildirir.
 
“Biz hər hansı təzyiq hiss etmirik, çünki bilirik ki, evdə bizi dəstəkləyənlər var, ailələrimizin, dostlarımızın, bir-birimizin dəstəyini hiss edirik. Biz sadəcə o insanlar üçün, özümüz üçün çalışdıq” deyə tək meydanda deyil, həm də meydandan kənarda fəallığı ilə seçilən Endryus bildirdi. Belə ki, o, üç il əvvəl 'Kicks for Cans' (hərfi mənası “Konservləşdirilmiş məhsul ver – futbol oyna” adlı xeyriyyə cəmiyyəti yaratmışdı.
 
 "Mən ildə bir neçə dəfə futbol kursları təşkil edirəm” deyə o, izah etdi. “Biz bunu azyaşlı uşaqlar üçün heç bir ödəniş haqqı olmadan həyata keçiririk – onlar sadəcə bizim yerli ərzaq anbarına konservləşdirilmiş məhsullar gətirirlər. Biz müraciət edən uşaqların heç birinə rədd cavabı vermirik, hətta ərzaq gətirməyənlərə belə.
 
"Bizim şüarımız “futbolu yaşat” kimi səslənir” deyə o, sözlərinə davam etdi. “Uşaqların sevdikləri işlə məşğul olması və cəmiyyətdə dəyişiklik yaratması bizi sevindirir”. Əlavə sübuta ehtiyac olarsa, deyə bilərik ki, ABŞ-ın bu yığma komandası və Endryus özü, doğrudan da, digərlərindən fərqlidirlər. 
 
"Fransa və Koreya XDR əla komandalardır” deyə yarımmüdafiəçi alicənablıqla bildirdi. “Biz onların hər ikisinə qarşı oynamışıq və bu, bizim üçün böyük şərəfdir. Onların hər ikisi çox güclüdür və fikrimcə, çempionatda hələ çox irəli gedəcəklər”.
 
(FİFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.