30 sentyabr 2012 17:34
Yığmamız Meksika səddini 2 cavabsız qolla keçdi
İspaniyanın Alikante şəhərində təşkil olunmuş beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Meksika komandası ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, qarşılaşma 2:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
Qolları Cem Fələk və Abdussəməd Gürsoy vurub.
Xatırladaq ki, futbolçularımız bu turnir çərçivəsində sentyabrın 29-da keçirdikləri ilk oyunda Kanada yığması ilə heç-heçə etmişdi – 2:2.
Yığmamız turnirdə növbəti oyununu oktyabrın 1-də, Bakı vaxtı ilə saat 21:30-da ABŞ komandasına qarşı keçirəcək.
