30 sentyabr 2012 18:36
Neftçala evdə, Qaradağ Lökbatan və Şuşa səfərdə qələbə qazandı
Bu gün futbol üzrə Azərbaycan birinci divizionunda 4-cü turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, turun son oyun günündə üç görüş baş tutub
“Neftçala” mövsümün debütantı “Ağsu” üzərində qələbəyə sevinib. “Şəmkir” evdə “Şuşa”ya iki cavabsız qolla uduzub. “Göyəzən”in qonağı olan “Qaradağ Lökbatan” isə səfərdə minimal hesabla qələbə qazanıb.
Qeyd edək ki, turun digər görüşləri ötən gün keçirilmişdi.
Birinci divizion
4-cü tur
30 sentyabr (bazar)
Neftçala – Ağsu – 3:1
Qollar: Aqşin Həşimov, 10; 45, Samir Abdulov, 14 - Ravi Rəhmanov, 90+4.
Hakimlər: Niyazov Anar, Vasilyev Roman, Əliyev Nahid, Nəsirov Ziya.
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu.
Şəmkir – Şuşa – 0:2
Qollar: Elvin Adışirinli, 1, Həsən Allahyarov, 61.
Hakimlər: Ağayev Hacıəli, Əliyev Habil, Əmiraslanov Knyaz, İsayev Şahin.
Şəmkir. OİK stadionu.
Göyəzən – Qaradağ Lökbatan – 0:1
Qollar: Samir Quliyev, 8.
Hakimlər: Haşımov Ceyhun, Alfirinov Mahir, Məmmədov Elşən, Soltanov Səbuhi.
Qazax. Şəhər stadionu.
1
4
4
0
0
19-2
12
