30 sentyabr 2012 20:27
Bojidar Bandoviç Sumqayıt məğlubiyyətini şərh etdi
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Topaz Premyer Liqasının 7-ci turunun “Sumqayıt” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Ötən həftə “Neftçi” kimi güclü rəqibi məğlub etmiş komandaya qarşı oynadıq. Oyuna yaxşı başladıq, ilk hissədə üstün oynadıq. Oyunumuzda çatışmayan qol idi. Rəqibin qapımıza doğru ilk həmləsi qolla nəticələndi. İkinci hissədə daha üstün oynadıq, hücumları artırdıq, lakin buraxdığımız qol oyunumuza təsir etdi. 2-3 dəfə real qol imkanından yararlana bilmədik. Rəqib də bizi əks-hücumda tuta bilərdi. Ən azı bir qol vurmalı idik. Artıq qarşıdakı oyunlara köklənib, qələbə qazanmalıyıq”.
