30 sentyabr 2012 20:33
Bernard Raab: Bəxtimiz gətirdi ki...
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Topaz Premyer Liqasının 7-ci turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyuna görə komandama təşəkkür edirəm. Bir həftəyə çempionatın ən güclü iki komandasına qalib gəldik. Komanda hər iki oyuna yaxşı köklənmişdi. Ötən gün Mübariz Orucovun oğlu rəhmətə getmişdi. Bu oyunu onun xatirəsinə həsr edirik. “Neftçi”yə qarşı göstərdiyimiz oyunu bu gün göstərə bilmədik. İlk 20 dəqiqədə bəxtimiz gətirdi ki, “Bakı” qol vura bilmədi. İlk qol epizodundan yararlanıb hesabı açdıq. İkinci hissədə “Bakı” üstünlüyü artırsa da, futbolçularım özlərini itirmədilər. Qapıçı Səlahət Ağayev də bugünkü qələbədə pay sahibi oldu. “Bakı”nın gələcək oyunlarda lazımi xallar yığacağına inanıram”.
