30 sentyabr 2012 21:15
Azərbaycan yığmasına dəvət alan futbolçu 90 dəqiqə oynadı, komandası qazandı
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun Rusiya ilə oyuna dəvət etdiyi Elhad Nəziri Moldova çempionatında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, onun çıxış etdiyi “Milsami” klubu 11-ci turda “Olimpiya”nın qonağı olub.
Qarşılaşma “Milsami”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qola ötən mövsüm AZAL-ın formasını geyinmiş Georgi Boqyu imza atıb.
Elhad meydana start heyətində çıxıb. Baş məşqçi futbolçumuza matçın sonunadək oynamaq imkanı verib.
Qeyd edək ki, “Milsami” 11 oyundan sonra 18 xalla 3-cü yerdə gedir.
