30 sentyabr 2012 21:34
Millimizin üzvü yenə oynamadı, komandası 3 xala sevindi
Türkiyənin “Eskişehirspor” klubu Super Liqada növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Əskişəhər təmsilçisi 6-cı tur çərçivəsində evdə “İstanbul BB” ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 1:o hesablı qələbəsiylə başa çatıb. Beləcə, əskişəhərlilər 6 oyuna 3-cü qələbəsinə sevinib.
“Eskişehirspor”da forma geyən Azərbaycan yığmasının üzvü Ufuk Budaq bu dəfə də oynamayıb. Millimizin düşərgəsindən zədəli qayıdan müdafiəçi hələ də müalicə olunur.
