30 sentyabr 2012 22:00

Xəzər Lənkəran rəhbərliyi məşqçilər korpusunu qovdu

Bu gün "Xəzər Lənkəran" Futbol Klubunun ofisində klub rəhbərliyinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, bir neçə saat davam edən iclasda əsas və əvəzedici heyətlərin 2012/2013 mövsümü çempionatında çıxışları müzakirə olunub.
 
Rəhbərlik komandaların turnir cədvəlində tutduqları mövqeyi, sərgilədikləri oyunu, komandadaxili ab-havanı və bəzi futbolçuların davranışlarına nəzər salaraq mövcud vəziyyətin heç də "Xəzər Lənkəran"a yaraşmadığı qənaətinə gəlib. Cari mövsümdə komandanın keçirdiyi 6 oyunda cəmi 5 xal toplaya bilməsi və turnir cədvəlinin 11 yerində qərarlaşması rəhbərliyi qəti tədbirlərə əl atmağa sövq edib. Belə ki, iclasın yekununda aşağıda göstərilən qərarlar qəbul olunub:
 
1. "Xəzər Lənkəran"ın əsas komandasının məşqçilər korpusunda köklü islahatlar həyata keçirilsin. Bu islahatlar çərçivəsində baş məşqçinin köməkçiləri Zaur Ramazanov, Zakir Mahmudov və Alim Qurbanov tutduqları vəzifədən azad olsunlar;
 
2. "Xəzər Lənkəran"ın əvəzedici heyətinin cari mövsüm ərzində 7 turdan sonra 2 xal toplayıb, 12-ci yerdə olmasını nəzərə alaraq həmin komandanın baş məşqçisi Elbrus Məmmədova sonuncu xəbərdarlıq və şiddətli töhmət edilsin, qarşısına qısa bir zamanda yaranmış vəziyyətin düzəlməsi üçün əməli tədbirlər görməsi tələbi qoyulsun.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.