30 sentyabr 2012 23:16
Mahmud Qurbanov Qarabağa mesaj göndərdi
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Topaz Premyer Liqasının 7-ci turunun “Rəvan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gəncəlilərin çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyundan öncə itkilərimiz var idi. Əsas heyətdən qapıçı Radoş zədəli, Emin İmaməliyev isə cəzalı idi. Heyəti qurmağa çətinlik çəkirdim. Komandanın oyun boyu göstərdiyi mübarizədən razı qaldım. Klub prezidenti də komandanı qələbə münasibəti ilə təbrik etdi. Bu gün 3 xal qazanıb turnir cədvəlinin son pilləsindən qurtulduq. Artıq “Qarabağ”la oyuna hazırlaşmalıyıq”.
