30 sentyabr 2012 12:11

“Hacıyevin bu qədər iddialı olması xoşuma gəlir, amma Neftçi sözünü meydanda deməlidi”

Azərbaycan futbolunun veteranı İqor Ponomaryov azerisport.az saytına müsahibəsində ölkəmizdə keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatından, “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki şanslarından danışıb.
 
- Yenidən Bakıya qayıtmağınız nə ilə bağlıdı?
- Məni 17 yaşadək qızlar arasında dünya çempionatının açılış mərasiminə dəvət etmişdilər. Çox şadam ki, belə möhtəşəm tədbirin iştirakçısı oldum. Lakin əfsuslar olsun ki, komandamız ilk oyununda stadiona toplaşan azarkeşləri qələbə ilə sevindirə bilmədi və onların əksəri yığmanı sona kimi dəstəkləmədi.
 
- Yəqin ki, Nigeriya ilə oyunun da nəticəsindən (0:11) xəbəriniz var?
- Bəli, əlbəttə. Nigeriya güclü komandadı. Həm taktiki, həm də fiziki cəhətdən bizim qızlarımızı üstələyirdilər. Yəqin ki, Azərbaycanda dünya çempionatını keçirmək barədə düşünəndə belə şeylərin olacağını da fikirləşiblər. Amma istənilən halda bu, dünya çempionatının keçirilməsi Azərbaycanda futbolun inkişafı istiqamətində atılan bir addımdı.
 
- Siz “Neftçi”nin Avropa Liqasında qrup mərhələsinə çıxacağını gözləyirdiniz?
- Azərbaycanda futbolun inkişafı istiqamətində atılan addımlar gec-tez öz bəhrəsini verməliydi. Futbolumuzda resurs və şərait var. Qalır yalnız nəticə qazanmaq. Mənə elə gəlir ki, klublarımız belə uğurlara bundan bir neçə il öncə nail olmalıydılar. Amma “Neftçi”nin bu uğuru həqiqətən gözlənilməz alındı.
 
- Sizcə, komandamızın bu uğuru qazanmasına nə kömək etdi?
- Mən “Neftçi”nin oyunlarını görməmişəm. Buna görə də sualınıza dəqiq cavab verə bilmərəm. Amma bir şeyi deyə bilərəm ki, əldə olunan uğurlarla kifayətlənmək lazım deyil. “Partizan”la səfərdə heç-heçə yaxşı nəticədi. Komandamız yaxşı qrupa düşüb. Bütün rəqiblərlə oynamaq olar.
 
- Oktyabrın 4-də “Neftçi” Milan “İnter”ini qəbul edəcək...
- “Neftçi” üçün Avroliqanın hər bir oyunu vacibdi. Çünki komandamız ilk dəfədi qrup mərhələsində oynayır. Hələlik proqnoz vermək istəməzdim. Oyuna hələ xeyli vaxt var.
 
- Amma Böyükağa Hacıyev hesab edir ki, heç-heçə “İnter” üçün sərfəli nəticə olacaq...
- Komandasının nəyə qadir olduğunu hamıdan yaxşı məhz Hacıyev bilir. Onun bu qədər iddialı olması mənim çox xoşuma gəlir. İndi komanda sözünü meydanda deməlidi.
 
- Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsindəki startı barədə nə deyə bilərsiz?
- Yığmamız da öz səviyyəsini qaldırmalıdı. Mən Berti Foqtsun işinə qiymət vermək istəməzdim. O, uzun müddətdi Azərbaycan yığmasındadı. Komandasının durumunu da hamıdan yaxşı bilir.
 
- Almaniyalı mütəxəssis komandamızın AÇ-2016-ya düşmək üçün mübarizə apara biləcəyinə inanır...
- O, belə deyib? Düzdü, futbolumuz inkişaf edib. Amma o dərəcədə yox ki, AÇ-2016 haqda düşünək. Hər halda baş məşqçinin buna inanması yaxşı əlamətdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.