30 sentyabr 2012 12:22
Neftçi – İnter matçına 17 min bilet satılıb
Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”inə qarşı keçirəcəyi oyuna bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq bu oyuna 17 mindən çox bilet satılıb.
Lakin bu gedişlə bütün biletlərin satılması proqnozlaşdırılır. Mümkündü ki, “Neftçi” – “İnter” matçında əsl anşlaq olsun.
Qeyd edək ki, “Neftçi” Milan “İnter”i ilə görüşü oktyabrın 4-də Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 21:00-da veriləcək.
