30 sentyabr 2012 13:02
“Azərbaycanda keçirilən dünya çempionatı təşkilat baxımdan ən yaxşısıdı”
Futbol üzrə Kanada yığmasının baş məşqçisi Brayan Rozenfeld Azərbaycanda keçirilən FIFA U-17 qadınlar arası dünya çempionatı barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
"Bu mənim U-17 komandası ilə üçüncü dünya çempionatımdı. Əminliklə deyə bilərəm ki, təşkilatçılıq baxımdan ən yaxşı dünya çempionatıdı. Azarkeşlər oyunlara gəlirlər, bizə dəstək olurlar. Bundan gözəl nə ola bilər? Bu dünya çempionatı Azərbaycanda futbolun inkişafına müsbət mənada öz təsirini göstərəcək. Hər şey yüksək səviyyədə təşkil olunub".
