1 oktyabr 2012 01:03
“Azərbaycan bizə oynamaq üçün hər cür şərait yaradıb”
17 yaşadək qızlar arasında Azərbaycanda təşkil olunan dünya çempionatını ötən gün baş tutan "Yaponiya" - "Meksika" matçından sonra mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, Yaponiyanın baş məşqçisi Yoşida Hiroşi oyunla bağlı danışarkən təşkilatçılıqla bağlı bunları bildirib:
"Komandalar üçün bütün lazımi şərait yaradılıb. Heç bir problemimiz yoxdu. Təşkilatçılar öz işlərinin öhdəsindən yüksək səviyyədə gəlir. Bizə isə yalnız oynamaq qalır".
Qeyd edək ki, "Yaponiya" rəqibini 9:0 hesabı ilə məğlub edib. Bu komanda yüz faizli nəticə ilə pley-offa çıxıb.
