1 oktyabr 2012 13:07
Topaz Premyer Liqası: 8-ci turun proqramı açıqlandı
Azərbaycanın futbol üzrə Topaz Premyer Liqasında 8-ci turun oyun cədvəli açıqlanıb. Azerisport.az növbəti turun proqramı ilə sizi də tanış edir.
8-ci tura çərşənbə günü start veriləcək. Turun açılış matçında AZAL “Xəzər Lənkəran”ı qəbul edəcək.
Cümə axşamı “Kəpəz” “Qarabağ”la, “Simurq” “Sumqayıt”la, “Bakı” “Qəbələ” ilə, “Rəvan” isə “İnter”lə münasibətlərinə aydınlıq gətirəcək.
Bu turun “Neftçi” – “Turan” matçı isə başqa tarixə keçirilib.
Topaz Premyer Liqası
8-ci tur
3 oktyabr (çərşənbə)
AZAL – “Xəzər Lənkəran”
Bakı. AZAL Arena, 18:30
4 oktyabr (cümə axşamı)
“Kəpəz” – “Qarabağ”
Gəncə. Şəhər stadionu, 16:00
“Bakı” – “Qəbələ”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 16:00
“Simurq” – “Sumqayıt”
Zaqatala. Şəhər stadionu, 18:00
“Rəvan” – “İnter”
Bakı. Bayıl Arena, 19:00
1
7
4
3
0
10-2
15
