1 oktyabr 2012 13:22
AZAL - Xəzər Lənkəran matçının başlama saatı açıqlandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan Azərbaycan çempionatında 8-ci turun proqramı açıqlanıb. Azerisport.az xəbər verir ki, növbəti turun oyunları 2-3 oktyabr tarixlərində keçiriləcək.
Bu turun “Neftçi” – “Turan” görüşü başqa tarixə keçirilib.
8-ci turun oyunlarının baş tutacaq oyunlarının proqramı isə aşağıdakı kimidi:
Əvəzedicilərin çempionatı
8-ci tur
2 oktyabr (çərşənbə axşamı)
AZAL – “Xəzər Lənkəran”
Bakı. AZAL Arena, 15:00
3 oktyabr (çərşənbə)
“Kəpəz” – “Qarabağ”
Gəncə şəhər stadionu, 15:00
“Simurq” – “Sumqayıt”
Zaqatala şəhər stadionu, 16:00
“Bakı” – “Qəbələ”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu (süni), 16:00
“Rəvan” – “İnter”
Bakı. Bayıl Arena, 16:00
