1 oktyabr 2012 13:49
İsayevin yalnız bir proqnozu düz çıxdı
“Kəpəz”in sabiq baş məşqçisi Mirbağır İsayevin Topaz Premyer Liqasının 7-ci turunun oyunları ilə bağlı proqnozlarından yalnız biri düzgün çıxıb. Azerisport.az xəbər verir ki, gənc mütəxəssis saytımıza müsahibəsində baş tutan beş oyunla bağlı proqnozlarını açıqlamışdı.
Amma bu proqnozlar arasında yalnız İsayevin “Simurq” – “Qarabağ” görüşü ilə bağlı fikri özünü doğruldub. O, öncədən bu matçın heç-heçə bitəcəyini proqnozlaşdırmışdı.
Qeyd edək ki, “Simurq” – “Qarabağ” oyunu 0:0 hesabıyla başa çatıb.
