1 oktyabr 2012 13:58
Azərbaycandan Kanada ilə sülh, Meksika üzərində qələbə (VİDEO)
Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İspaniyanın Alikante şəhərində təşkil olunmuş beynəlxalq turnirdə iştirak edir. Azerisport.az xəbər verir ki, yığmamız turnir çərçivəsində keçirdiyi ilk oyunda Kanada yığması ilə 2:2 hesablı heç-heçə etmişdi.
Növbəti qarşılaşmada isə futbolçularımız Meksika komandasını 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Həmin oyunlardan hazırlanmış videoreportajı diqqətinizə çatdırırıq:
