1 oktyabr 2012 14:07
Neftçi Milan İnterini məğlub yola salacaq
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində Milan “İnter”i (İtaliya) ilə ev oyunu necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucuların yekun rəyi bəllidi.
Futbol azarkeşlərimiz bu oyunda “Neftçi”yə böyük inam bəsləyirlər. Təsadüfi deyil ki, “ağ-qaralar”ın bu oyunda qələbə qazanacağına respondentlərin 54 faizi (797 səs) inanır.
24 faiz (351 səs) isə qarşılaşmanın heç-heçə bitəcəyi qənaətindədi.
Yerdə qalan 22 faiz (332 səs) isə “İnter”in qalib gələcəyini düşünür.
