1 oktyabr 2012 15:15
Neftçi – İnter matçının bütün təyinatları açıqlandı
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "İnter" (İtaliya) oyununun hakimləri açıqlanıb. Azerisport.az xəbər verir ki, qarşılaşmanı hollandiyalı hakimlər idarə edəcəklər.
Belə ki, qarşılaşmanın baş hakimi Kevin Blom olacaq. Onun köməkçiləri ilə aşağıda tanış ola bilərsiz.
Qeyd edək ki, "Neftçi" - "İnter" oyunu oktyabrın 4-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
Baş hakim: Bernie Raymond (Kevin) Blom
Baş hakimin köməkçiləri: Norbertus Josephus C. (Berry) Simons, Davie DFJG Goossens
Dördüncü hakim: B.J.A.C. (Bas) Van Dongen
Baş hakimin əlavə köməkçiləri: Danny Desmond Makkelie, Tom Van Sichem
(Hakimlər briqadası Hollandiyadandır)
Hakim-inspektor: Miroslav Liba (Çexiya)
UEFA nümayəndəsi: Kuanysh Kanapyanov (Qazaxıstan)
