1 oktyabr 2012 16:32
“Bütün bunlar Azərbaycan çempionatının səviyyəsinin qalxmasından xəbər verir”
“Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem azerisport.az saytına müsahibəsində komandasının yeni mövsümdəki çıxışını dəyərləndirib, eləcə də Topaz Premyer Liqasının gedişatından danışıb.
- “Simurq”la son oyununuz haqda nə deyə bilərsiz?
- Səfərdə oynamaq həmişə çətindi. “Qarabağ” Zaqataladan qələbə ilə dönmək istəyirdi. Bütün 90 dəqiqəni hücumda keçirdik. Qol vəziyyətlərimiz də oldu. Amma yararlana bilmədik. Fikrimcə, biz daha yaxşı oynadıq.

- Qələbə qazana bilməməyinizdə rəqibi düzgün qiymətləndirməməyinizin rolunu qeyd etmək olar?
- Çempionatın liderini necə qiymətləndirməmək olar? Yəqin ki, “Simurq” da xal itirmək istəmirdik. Ona görə də ehtiyatlı oynayırdı. Amma əgər biz iki xal itirmişiksə, deməli, günah özümüzdədi.
- Çempionatın liderini necə qiymətləndirməmək olar? Yəqin ki, “Simurq” da xal itirmək istəmirdik. Ona görə də ehtiyatlı oynayırdı. Amma əgər biz iki xal itirmişiksə, deməli, günah özümüzdədi.
- Bəs problem nədədi?
- Komandamızda əla atmosfer var. Xüsusi bir problemimiz yoxdu. Sadəcə, həmişə hər şey alınmır. Komanda mütləq avrokuboklara vəsiqə qazanmalıdı. Bunun üçün hər cür şəraitimiz var. Son uğursuzluqları unudub, oynamaq lazımdı.

- Komandanızla bağlı problemlər AZAL məğlubiyyətindən (2:6) sonra başladı...
- Bu, hamımızın unutmaq istədiyi oyundu. Hər şeyi bir məğlubiyyətlə ölçmək düz deyil. Razıyam ki, “Qarabağ” elə şəkildə uduzmamalı idi. Amma bu oyun artıq geridə qalıb və biz tədricən özümüzə gəlirik. Çoxdan idi o qədər qol buraxmırdıq. Biz həmişə bu oyunu düşünsək, yenə uduza bilərik.
- Qarşıdakı “Kəpəz”lə oyundan nə gözləyirsiz?
- Biz Gəncədə oynayacağıq. Orda “Kəpəz”lə mübarizə aparmaq çətin olur. Azərbaycan çempionatında artıq autsayder yoxdu. “Kəpəz” yenidən qurulmaqdadı. Yeni baş məşqçiləri var. Ona görə də hər cür sürprizə hazır olmalıyıq.

- Bu mövsüm sensasiyaların sayı artıb...
- Azərbaycan çempionatı daha da maraqlı olmağa başlayıb. Bu gün heç bir oyunla bağlı qələbəyə zəmanət verə bilmirsən. “Qarabağ” da daxil olmaqla favoritlər rəqiblərinə daha ciddi yanaşmaq məcburiyyətindədilər. “Sumqayıt”a baxın: “Neftçi”ni, “Bakı”nı məğlub etdi. Hansı ki, biri ölkə çempionu, biri kubokun qalibidi. “Turan” “Xəzər Lənkəran”a qalib gəldi. Bütün bunlar çempionatın səviyyəsinin qalxmasının göstəricisidi.