1 oktyabr 2012 18:23

Azərbaycanda parlayan yeni istedadları Çini ümidləndirir

FIFA U-17 qadınlararası dünya çempionatının qrup mərhələsinin ilk oyununda Uruqvayı böyük hesabla məğlub etdikdən sonra Çin XR çempionatdakı böyük ambisiyalarını bildirdi. İkinci oyunlarında Almaniya ilə 1-1 heçə-heçə etdikdən sonra çoxlarının proqnozlarına görə bu iki komandanın növbəti mərhələyə çıxacağı gözlənilirdi. Lakin bazar günü onlar turun son oyununda sürətli qanalılara məğlub oldular və beləliklə də 1/4 finala vəsiqəni əldən buraxdılar.
 
Qrupdan çıxa bilmədiklərinə hələ də inana bilməsələrdə, məşqçi Zang Çonqlay bu uğursuzluğa nikbin nöqteyi-nəzərdən baxmağa çalışır. Belə ki, o, gənc oyunçularını Azərbaycanda sərgilədikləri əzmkarlığa görə tərifləmiş və onların parlaq gələcəyinə inandığını bildirmişdir.
 
"Komandamda bəzi istedadlı oyunçular vardır və onlar bu turnirdə xeyli potensiallı olduqlarını və gələcəkdə uğurlu futbolçu karyerasına sahib ola biləcəklərini sübut ediblər," deyə Zanq Çonqlay qeyd edir. "Lu Yueyun, Miao Siven və Tanj Ciali xüsusilə istedalı oyunçulardır. Bu oyunçuların yaxşı texnikaları və xeyli bacarıqları var. Onların gələcəkdə çox irəlilərə gedəcəklərindən və tanınmış ulduz futbolçu olacaqlarından əminəm."
 
Turnirdə debüt edən "Polad Rozalar" turun ilk oyununda Uruqvayı 4-0 hesabı ilə məğlub etməklə onlara bəslənilən ümidləri doğrultmağa başladılar. Bu nəticədən sonra bir çoxları onların son illərdə gənc qadın futbolunda meydan oxuyan asiyalı qonşuları kimi güclü olduğunu qeyd edirdilər.
 
Almaniya ilə növbəti oyunda da onlar yaxşı təəssürat yaratdılar və son dəqiqədə bərabərlik qolunu buraxmasaydılar iki oyundan maksimum qələbə əldə edəcəkdilər. Bununla belə, Çin XR qrupda ilk sırada qaldı. Son səkkizliyə vəsiqəni təmin etmək üçün onlara bazar günü Qanaya qarşı keçirəcəkləri oyundan yalnız mühüm bir xal lazım idi və bu da onlar üçün çox da çətin görünmürdü.
 
Lakin asiyalıların bəxtsizliyindən, onlar afrikalıların 2-0 hesab ilə qalib gəldiyi oyunda hər iki qolu vuran təhlükəli Ceyn Ayieyam tərəfindən yaradılmış Qananın sürətli əks hücumlarının qarşısını almaqda aciz qaldılar və bu hesab da onların turniri tərk etmələrinə səbəb oldu.
 
"Qananın ilk qolu müdafiəçilərimizin buraxdığı səhvdən sonra vuruldu", deyə Zanq kədərlə qeyd edir. "Biz bütün Çin komandasını narahat edən problemin qurbanı olduq. Biz qrupda çox əlverişli vəziyyətdə idik, lakin bununla belə bir az da səy göstərib qrupdan növbəti mərhələyə çıxa bilmədik".
 
Asiya qitəsinin yeni ən güclü komandası adını qazanmaq cəhdlərinin boşa çıxmasına baxmayaraq, çinlilər Azərbaycan 2012-dən məmnun qala bilərlər. Çinin qapıçısı Cianq Tinqtinqin qeyd etdiyi kimi bu nəsil futbolçulardan hələ daha çox oyunçular üzə çıxacaq: "Çin futbolu hələ də başlanğıc mərhələsindədir."

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.