1 oktyabr 2012 10:56
Kemal Alispahiç 5-ci oldu
Topaz Premyer Liqasının 7-ci turu Kemal Alispahiçin “Rəvan” klubunun baş məşqçi postunda debütü ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, 2009/10 mövsümündə “Muğan”da çalışmış bosniya və herseqovinalı 3 ildən sonra Azərbaycan çempionatına qayıtdı.
Onun ölkəmizdəki son oyunu 2009-cu il noyabrın 29-da səfərdə “Standard”la qarşılaşma olmuşdu. Həmin vaxt 0:1 hesablı məğlubiyyətlə ölkəmizi tərk edən Alispahiç 1036 gündən sonra qayıdışında “Kəpəz”ə 1:2 hesabı ilə uduzdu.
Azərbaycanda 2 klubda baş məşqçi kimi çalışan mütəxəssislər sırasına düşən bosniya və herseqovinalı buna nail olan 5-ci çalışdırıcı oldu. Alispahiçədək Rasim Kara “Xəzər Lənkəran” və “Qarabağ”, Kaxaber Tsxadadze “Standard” və “İnter”, Cüneyt Biçer “Bakı” və “Xəzər Lənkəran”, Qyoko Haciyevski “Bakı” və “Simurq”da çalışmaqla bunu bacarmışdı.
