1 oktyabr 2012 11:18
Neftçinin rəqibləri üçün növbəti qələbə (VİDEO)
Xəbər verdiyimiz kimi, futbol üzrə Rusiya və İtaliya çempionatlarında növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri – “Rubin”lə “İnter” də növbəti matçına çıxıb. “Rubin” Premyer Liqanın 10-cu turu çərçivəsində səfərdə “Rostov”a 4:0 hesabıyla qalib gəlib. Milan “Inter”i isə A Seriyasının 6-cı turunda doğma divarlar arasında “Fiorentina” ilə dueldən 2:1 hesabıyla qalib ayrılıb.
