1 oktyabr 2012 11:38
Naqatomo: Milanla derbi? Bizi hələ Neftçi ilə oyun gözləyir
İtaliyanın “İnter” klununun futbolçusu Yuqo Naqatomo UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Çox şadam ki, “Fiorentina” ilə oyunda ilk ev qələbəmizi qazandıq. Bu, komandamız üçün çox vacib idi. Mənim Kassano ilə meydandakı anlaşma səviyyəm sadəcə fantastikdi. “Milan”la derbi? Düzdü, həmin oyuna da ciddi hazırlaşacağıq. Amma bizi qarşıda hələ Avropa Liqasının oyunu gözləyir”.
Qeyd edək ki, “Neftçi” ilə “İnter” arasındakı oyun oktyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
