1 oktyabr 2012 11:55
Andrea Stramaççoni Neftçi ilə oyun öncəsi nədən narahatdı?
İtaliyanın “İnter” klununun baş məşqçisi Andrea Stramaççoni UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Son dövrlərdə qısa zaman kəsiyində xeyli oyun keçirmişik. Təqvimin sıxlığı müəyyən çətinliklər yaradır. Buna görə də Bakı səfəri və “Milan”la oyun öncəsi rəhbərliyə müraciət etmək lazımdı. Hər rəqibə ciddi yanaşmağımız vacibdi”.
Qeyd edək ki, “Neftçi” ilə “İnter” arasındakı oyun oktyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
