1 oktyabr 2012 12:06
Kambyasso: Milan haqda Neftçi ilə oyundan sonra düşünəcəyik
İtaliyanın “İnter” klununun futbolçusu Esteban Kambyasso UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Fiorentina” ilə oyunun birinci hissəsi bizim üçün çox yaxşı alındı. Əgər ilk yarı 4:1 hesabıyla tamamlansaydı, heç kim təəccüblənməzdi. Elə günlər olur ki, ya çox yaxşı oynayırsan, ya da uğursuzluqla üzləşirsən. Komandamız hələ formalaşmaqdadı. Stramaççoni öz ideyalarını komandaya anlatmağa çalışır. Qarşıda Avropa Liqasının oyunu var. “Neftçi” ilə oynayaq, ondan sonra “Milan”la görüş barədə düşünərik”.
Qeyd edək ki, “Neftçi” ilə “İnter” arasındakı oyun oktyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
