1 oktyabr 2012 00:06

FİFA: Azərbaycan millisinin gələcəyi etibarlı əllərdədi

Bəzi məğlubiyyətlər qələbə kimi hiss edilir. Azerisport.az xəbər verir ki, şənbə günü Azərbaycanın Kanadaya 0:1 hesablı məğlubiyyəti buna yaxşı misal ola bilər.
 
A qrupundakı son oyun başa çatdıqda oyunun qalibləri yox, ev sahibləri, CONCACAF ölkələri üzrə təsnifat turnirində ikinci yerə sahib olmuş və hazırda son səkkizliyə vəsiqə qazanmış Kanadalılardan bir qol buraxdıqları üçün sevincdən əllərini göyə qaldıran tərəf idilər.
 
"Bizim bu oyundakı məqsədimiz ən azı bir qol vurub, oyunda məğlub olmamaq idi, bununla belə, bu məğlubiyyəti mən qələbə kimi qiymətləndirərdim," deyə Azərbaycanlı qapıçı Aytac Şərifova oyunun ardından FIFA.com saytına verdiyi müsahibəsində bildirmişdir. "Biz bacardığımız qədər ölkəmizi bu turnirdə təmsil etdik".
 
Qapıçı şübhəsiz ki, bu oyunda yaxşı oyun nümayiş etdirdi və oyundan sonrakı mətbuat konfransında Kanadanın baş məşqçisi Briyan Rozenfeldən təriflər aldı: "Bizim bu oyunda daha böyük hesablı qələbə qazana bilməməyimizin səbəbi əsasən bütün oyun boyunca inanılmaz qurtarışları ilə yadda qalan qapıçının gözəl oyunu ilə bağlıdır".
 
 "Mən, sadəcə olaraq məşq proseslərindən çoxlu şeylər oyrəndiyimi nümayiş etdirmək istəyirdim," deyə qapıda yerinə yetirdiyi şıçrayışları və qətiyyəti ilə kanadalılara çətin anlar yaşadan Şərifova qeyd edir. O, yalnız bir dəfə Valeriya Sandersonun 48-ci dəqiqədə vurduğu zərbəni dəf edə bilməmişdi.
 
"Bu gün hər şey yaxşı davam etdi, lakin meydanda komandanın yaxşı oyun nümayiş etdirməsinin səbəbi yalnız mən deyiləm. Mənim komanda yoldaşlarım da fantastik oyun sərgilədilər və hətta oyun ərzində bir neçə dəfə mənim səhvlərimi sığortaladılar".
 
 Azərbaycanın almaniyalı məşqçisi Sisi Rayt komandasının əzmkar oyunundan razı qalmış və onları tərifləmişdir. "Keçirdiyimiz oyun möhtəşəm alındı. Mən bu gün meydanda ehtiraslı, həvəslə oynayan komanda gördüm və onlar meydanda hər qarış yer uğrunda mübarizə aparırdılar. Bu da iki məğlubiyyətdən sonra yaxşı bərpa olunmuş komandamın xarakterinin gücünü göstərir".
 
Bununla belə, Rayt qarşıda görüləcək hələ çox işlərin olduğundan xəbərdardır. Belə ki, Azərbaycan, FIFA U-17 qadınlararası dünya çempionatını qolsuz tərk edən və keçirdiyi hər üç oyunda məğlub olmuş ilk komandadır.
 
"Bizim bu iki ildə bu qədər zəhmətimizin ardından bu üç məğlubiyyətə görə təbii ki, məyusam" deyə o, qeyd edir.
 
Sonra müsbət tərəfləri xatırladaraq, baş məşqçi əlavə edir: "Mən əsas diqqətimi komandanın etik davranışına və qrup daxilindəki konsepsiyaya cəmləşdirmişəm və bu turnir bizim üçün böyük təcrübə oldu. Biz bu turnirə səylə hazırlaşmışdıq, lakin mən qarşıda görülməli hələ daha çox işlərin olduğundan yaxşı xəbərdaram. Bununla belə, biz artıq bu işlərin özülünü qoymuşuq və indi bu səylərimizi davam etdirməliyik".
 
Görüləsi işlərin bir hissəsi kimi, almaniyalı məşqçi Azərbaycan dilini də öyrənir: "Mən artıq, nuş olsun, "nəcəsən", səhər, yaxşı, sürətli və s. kimi sözlərin mənasını bilirəm".
 
Onun oyunçular da sürətlə inkişaf edirlər, belə ki, şənbə günündəki oyunda Şərifova bunu öz oyunu ilə sübüt etdi. İki oyunda qapısından 15 qol buraxmış komandanın və BTİ klubunun 15 yaşlı oyunçusu kanadalılarla oyunda yaxşı oyun üslubu nümayiş etdirdi. Onun arzularından biri kumiri olduğu kolumbiyalı qapıçı Fərid Mondraqon kimi uğurlu futbolçu karyerasına sahib olmaqdı.
 
"Mən uğurlarımı davam etdirəcəm və mən bacardığım qədər irəli getmək istəyirəm," deyə o, qeyd edir. "Mən indi Azərbaycanda U-17 qadın komandasının mövcud olmasından  və bu komandanın qapıçısı olmağımla fəxr edirəm".
 
(FİFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.