1 oktyabr 2012 00:12
Autsayder iddialılar
Azərbaycanın futbol üzrə Topaz Premyer Liqasının 7-ci turunun oyunlarına yekun vuruldu. Azerisport.az xəbər verir ki, son oyun günündə daha iki görüş baş tutdu.
Əvvəlcə meydana “Sumqayıt” və “Bakı” çıxdı. İlk 6 turda 7 xal qazanan “Sumqayıt” ötən tur gözlənilmədən “Neftçi”ni məğlub etmişdi. Sumqayıt təmsilçisi həmin qələbənin təsadüf olmadığını bu dəfə sübut etmək istəyirdi. “Zolaqlılar” isə mövsümə o qədər də uğurlu başlamadıqlarından, bu görüşdən mütləq qalib ayrılmağı hədəfləmişdilər. Lakin onların bu istəyi baş tutmadı. Belə ki, 38-ci dəqiqədə Pərdis Fərcad Azadın vurduğu qol oyunda yeganə olub. Bununla da xal hesabını 10-a yüksəldən “Sumqayıt” 4-cü pilləyə qalxdı. “Bakı” isə digər iddialılar kimi turnir cədvəlinin alt pillələrinə yuvarlanmaqda davam edir.
Günün ikinci oyununda isə “Rəvan” və “Kəpəz” üz-üzə gəldi. Bu oyun “Rəvan”ın yeni çalışdırıcısı Kemal Alispahiçin debüt matçı idi. Oyuna qonaqlar yaxşı başladılar. 27-ci dəqiqədə Yuri Fomenko hesabı açdı. 40-cı dəqiqədə Xuan Manuel Varela tarazlığı bərpa etsə də, 45+1-ci dəqiqədə Bəxtiyar Soltanov “Kəpəz”in ikinci qolunu vurdu. Beləcə, oyun 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatdı. Mahmud Qurbanov getdikcə gəncəlilərin turnir cədvəlindəki durumunu az da olsa, yaxşılaşdırmağa başlayıb. Ötən mövsümün sürpriz komandası olan “Rəvan” isə bu mövsüm aşkar autsayderliyə doğru irəliləyir. Digər rəqiblərinin bu turdakı uğurları sayəsində “Xəzər Lənkəran”ın hazırda sonuncu pillədə qərarlaşması da ən böyük gözlənilməzliklərdən biri hesab oluna bilər.
Topaz Premyer Liqası
7-ci tur
30 sentyabr (bazar)
SUMQAYIT – BAKI - 1:0 (1:0)
Qol: P.F.Azad, 38 (1:0).
Sarı vərəqələr: Aftandil Hacıyev, 57 (qeyri-idman hərəkəti), Slavik Alxasov, 71 (qeyri-idman hərəkəti), Murad Ağayev, 85 (qeyri-idman hərəkəti) - Deyvidas Çesnauski, 39 (qeyri-idman hərəkəti), Nenad Kovaçeviç, 90 (qeyri-idman hərəkəti).
Hakimlər: Əsgərov Elvin, Ramazanov Rahil, Əliyev İlham, Məmmədov Elçin.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
30 sentyabr 2012-ci il. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 5500 tamaşaçı.
Sumqayıt: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Aftandil Hacıyev, 5. Murad Doymuş, 6. Taner Taktak, 7. Pərdis Fərcad Azad (17. Emin Cəfərquliyev, 90), 9. Orxan Əliyev (91. Ruslan Qurbanov, 66), 10. Ceyhun Sultanov (k), 13. Murad Ağayev, 22. Xəyal Mustafayev, 76. Uğur Pamuk (27. Ramil Həşimzadə, 85).
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 11. Sabir Allahquliyev, 21. Məhəmməd Mirzəliyev, 92. Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Bernhard Raab.
Bakı: 82. Edin Nuredinoski, 6. İbrahim Karqbo, 7. Deyvidas Çesnauski (36. Uinston Parks, 76), 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov (k), 21. Novruz Məmmədov, 22. Vangelis Mantsios, 24. Nenad Kovaçeviç, 25. Şəhriyar Əliyev, 27. George Popxadze (10. Lukas Mario Horvat, 59), 77. Aleksandar Soliç (23. Maris Verpakovskis, 66).
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 8. Junior Vilson, 19. Nurlan Novruzov, 29. Əziz Quliyev.
Baş məşqçi: Bojidar Bandoviç.
RƏVAN - KƏPƏZ - 1:2 (1:2)
Qollar: Y.Fomenko, 27 (0:1), X.M.Varela, 40 (1:1), B.Soltanov, 45+1 (1:2)
Sarı vərəqələr: Orxan Lalayev, 75 (kobud oyun), Samuel Barlay, 88 (rəqibə badalaq) - Armand Feutçin, 40 (kobud oyun), Şahin Kərimov, 43 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə), Bujamin Asani, 90+3 (oyunun bərpasını gecikdirdiyi üçün).
Hakimlər: Cabbarov Rauf, Həsənov Coşqun, Əsgərov Azər, Əhmədov Ramil.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
30 sentyabr 2012-ci il. Bakı. Bayıl Arena. 960 tamaşaçı.
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 11. Şeriff Suma, 14. Xuan Manuel Varela, 15. Tural Cəlilov (28. Amid Quluzadə, 51 / 22. Tofiq Mikayılov, 63), 16. Orxan Lalayev, 18. Samuel Barlay, 20. Kristian Torres, 26. Fransis Bosman (10. Nemanya Vidakoviç, 79), 27. Nuran Qurbanov.
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 5. Nikolay Orlovski, 7. Elvin Musazadə, 13. Şəhriyar Rəhimov.
Baş məşqçi: Kemal Alispahiç.
Kəpəz: 16. Xəyal Zeynalov, 4. Azər Məmmədov (k), 6. Məhərrəm Hüseynov, 9. Bəxtiyar Soltanov, 10. Armand Feutçin, 8. Elvin Həsənəliyev (17. Ceyhun Əhmədov, 63), 15. Şahin Kərimov, 18. Nikolay Svejentsev, 20. Emin Əliyev (7. Pərvin Paşayev, 89), 30. Yuri Fomenko, 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 1. Arsen Ondoro, 2. Nicat Məmmədov, 11. Ziyabil Məmmədov, 14. Elxan Əzizov, 19. Atin Abdullayev.
Baş məşqçi: Mahmud Qurbanov.
Turun digər oyunlarının nəticələri: “Turan” – “Xəzər Lənkəran” – 2:1, “Simurq” – “Qarabağ” – 0:0, “Qəbələ” – AZAL – 0:0.
1
7
4
3
0
10-2
15
Bombardirlər:
7 - Junior Nildo (AZAL)
4 - Zohair Benuahi (AZAL)
3 - Riçard Almeyda (Qarabağ), Marçin Burhard (Simurq), Salif Ballo (Turan).
