1 oktyabr 2012 12:18
Yığmamızın ABŞ-la oyununun vaxtı dəyişdirildi
Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İspaniyanın Alikante şəhərində təşkil olunmuş beynəlxalq turnirdə iştirak edir. Azerisport.az xəbər verir ki, Kamerun yığması turnirə qatılmadığı üçün təqvimdə dəyişiklik edilib.
Yığmamızın bu gün ABŞ komandası ilə keçirməli olduğu oyun oktyabrın 2-də baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Xatırladaq ki, yığmamız turnir çərçivəsində keçirdiyi ilk oyunda Kanada yığması ilə 2:2 hesablı heç-heçə edib, növbəti qarşılaşmada isə Meksika komandasını 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.
|
1 |
ABŞ |
2 |
2 |
0 |
0 |
4-1 |
6 |
|
2 |
Azərbaycan |
2 |
1 |
1 |
0 |
4-2 |
4 |
|
3 |
Kanada |
2 |
1 |
1 |
0 |
5-4 |
4 |
|
4 |
Meksika |
2 |
1 |
0 |
1 |
6-2 |
3 |
|
5 |
Mərakeş |
2 |
0 |
0 |
2 |
3-5 |
0 |
|
6 |
BƏƏ |
2 |
0 |
0 |
2 |
0-8 |
0 |
