1 oktyabr 2012 12:27
Fenerbahçe və Fortunanın futbolçuları Azərbaycan yığmasında
Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İspaniyanın Alikante şəhərində təşkil olunmuş beynəlxalq turnirdə iştirak edir. Azerisport.az xəbər verir ki, yığmamızın heyətinə daha iki futbolçu dəvət olunub.
Baş məşqçi Təbriz Həsənovun dəvət göndərdiyi futbolçuların hər ikisi ölkə xaricində top qovanlardı. Bunlar Mirkamil Həşimli ("Fənərbağça", Türkiyə) və Mertcan Akardı ("Fortuna Düsseldorf 1895", Almaniya).
