1 oktyabr 2012 23:53
Rail Məlikov 90 dəqiqə oynadı, komandası qazandı (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rail Məlikovun şərəfini qoruduğu Türkiyənin “Denizlispor” klubu növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, onun komandası PTT birinci liqanın 5-ci turu çərçivəsində “Göztepe” klubu ilə qarşılaşıb.
Oyun doğma meydanda keçirilirdi. Ona görə də Dənizli klubu bu görüşdən mütləq qalib ayrılmağı hədəfləmişdi. Onların bu istəyi baş tutub. Meydan sahibləri son dəqiqələrdə gələn qolla minimal hesablı qələbəyə seviniblər.
Bu görüşdə Railin də forma geyməsi istisna deyildi. Baş məşqçi Engin İpekoğlu ötən tur olduğu kimi, onu bu dəfə də start heyətdə meydana buraxıb. Millimizin üzvü matçı əvəzedilmədən başa vurub.
Qeyd edək ki, Railin komandası beş oyuna 9 xalla beşinci yerdə gedir.
PTT Türkiyə Birinci Liqası
5-ci tur
1 oktyabr
Denizlispor - Göztepe - 1:0 (0:0)
Qol: İsmail Odabaşı, 85.
