1 oktyabr 2012 00:45
“Azərbaycandakı mundial ən yaxşı təşkil olunan çempionatdı”
Futbol üzrə Meksikanın 17 yaşadək qızlardan ibarət yığmasının baş məşqçisi Kristofer Kuellyar Azərbaycanda keçirilən dünya çempionatı ilə bağlı fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, o, bunları bildirib:
“U-17 qızlar arasındakı mundial ən yaxşı təşkil olunan çempionatdı. Bütün işlərə diqqət yetirəndə narazı qaldığımız hər hansı bir sahə yoxdu”.
Qeyd edək ki, Meksika qrup mərhələsindəki son oyununda Yaponiyaya 0:9 hesabı ilə məğlub olub və turnirlə vidalaşıb.
