2 oktyabr 2012 00:54
Aleks Fenerbahçedən getdi
Türkiyənin “Fenerbahçe” klubunun aparıcı futbolçusu Aleks de Souza komandadan getdiyini açıqlayıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Aykut Kocamanla xeyli müddətdi yola getməyən braziliyalı yarımmüdafiəçi nəhayət çıxış yolunu Türkiyə klubundan ayrılmaqda görüb.
Təcrübəli futbolçu ötən gün keçirilən məşqdən sonra komanda yoldaşlarıyla vidalaşıb. Aleksin ayrılma məsələsinə isə klub rəsmiləri tərəfindən açıqlama verilməyib.
Qeyd edək ki, çoxları yaranmış acınacaqları durumdan çıxış yolunu Kocamanın istefasında görürdü. Amma rəhbərlik inadla baş məşqçinin postunda qalacağını bəyan edib. Türkiyədə heykəli ucaldılan və “Fenerbahçe”nin yaşayan əfsanəsi sayılan Aleks də uzun müddətdi forma geyindiyi komandada qalmağın mənasız olduğunu düşünərək, birdəfəlik ayrılmağa qərar verib.
