2 oktyabr 2012 13:12
Super Liqa klubunda yeni baş məşqçi
Türkiyə Super Liqasında çıxış edən “Kayserispor” yeni baş məşqçisini tapıb. Azerisport.az xəbər verir ki, ötən gün Şota Arveladze ilə yollarını ayıran Kayseri təmsilçisi boşalan bu postu “Galatasaray”ın sabiq çalışdırıcısı Erik Geretsə tapşırmağa qərar verib.
Hələlik bu barədə rəsmi məlumat verilməsə də, “TRT Spor” tərəflərin razılığa gəldiyini iddia edir. Bildirilir ki, tezliklə Türkiyəyə gələcək Gerets yeni klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Erik son olaraq Mərakeş yığmasını çalışdırırdı. Lakin o, ötən ay bu komanda ilə yollarını ayırıb. 2005-06 mövsümündə “Galatasaray”a çempionluq sevinci yaşatmış təcrübəli mütəxəssis Türkiyədən ayrıldıqdan sonra Fransanın “Olimpik” (Marsel), eləcə də Səudiyy Ərəbistanının “Al-Hilal” klublarını da çalışdırmışdı.
