2 oktyabr 2012 01:02
Neftçi – İnter matçına biletlər tükənmək üzrədi
Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”inə qarşı keçirəcəyi oyuna bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq bu oyuna 20 mindən çox bilet satılıb.
Lakin bu gedişlə bütün biletlərin satılması proqnozlaşdırılır. Qeyd edək ki, “Neftçi” – “İnter” matçına 30 min bilet satışa çıxarılıb.
“Neftçi”nin Milan “İnter”i ilə görüşü oktyabrın 4-də Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 21:00-da veriləcək.
