2 oktyabr 2012 01:11
Aleksandr Starkov üç “azərbaycanlı” futbolçuya dəvət göndərdi
Futbol üzrə Latviya millisinin baş məşqçisi Aleksandr Starkov Slovakiya və Lixtenşteynə qarşı keçiriləcək DÇ-2014-ün seçmə mərhələsinin oyunlarına dəvət etdiyi futbolçuların siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, dəvət edilənlər sırasında Azərbaycan Premyer Liqasında çıxış edən üç futbolçu da var.
Belə ki, AZAL-dan Oskar Klyava, eləcə də “Bakı”dan Denis İvanovla Maris Verpakovski də yığmaya dəvət olunub.
Bundan başqa, "Qəbələ"nin sabiq qapıçısı, hazırda Liepaya "Metallurg"unda çıxış edən Pavel Doroşev, həmçinin AZAL-ın sabiq üzvü Ritus Krjauklis də Starkovun dəvət etdiyi futbolçular sırasındadılar.
