2 oktyabr 2012 01:23
Futbolçularımızın Barcelona zəfəri (VİDEO)
Xəbər verdiyimiz kimi, İspaniyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bir neçə gün öncə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız “Barselona” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb və 1:0 hesabı ilə qələbə qazanıb. Həmin oyundan hazırlanmış videoreportajı diqqətinizə çatdırırıq.
